Deputat: "Mənim nəvəm də ön cəbhədə düşmənə qarşı vuruşur"

GÜNDƏM 27 sen 2020, 22:51

"Milli Məclisin deputatı, Xocalının sabiq icra başçısı Elman Məmmədovun nəvəsi hazırda şiddətli döyüşlərin getdiyi ön cəbhədə düşmənə qarşı vuruşur".


Demokrat.az xəbər verir ki bu fikirləri deputat Elman Məmmədov AzTV-də canlı yayımda çıxışı zamanı bildirib. 


Elman Məmmədov nəvəsinin ön cəbhədə hərbi xidmət etməsindən qürur hissi keçirdiyini söyləyib:


"Mən bunu heç yerdə deməmişəm. Hazırda döyüşlərin getdiyi cəbhə bölgələrindən birində mənim də nəvəm xidmət edir. Mən buna görə çox fəxr edirəm. Allah bütün əsgər balalarımızı qorusun!".


Elçin Rizvanoğlu
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top