İmişli və Tərtər sakinlərindən odlu silahlar götürüldü

HADİSƏ 26 sen 2020, 20:48

İmişli və Tərtər sakinlərindən sənədləri olmayan ov tüfəngləri götürülüb. 


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli rayon sakinləri B.Qanbayevdən və A.İsmayılovdan iki ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngləri götürülüb. 


Eyni zamanda, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Rəcəbəyli kənd sakini R.Şirinovun yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top