Ukraynada 26 nəfərin ölümünə səbəb olan təyyarənin qəza anı — ANBAAN VİDEO

DÜNYA 26 sen 2020, 16:25

Ukraynanın Xarkov vilayətində 26 nəfər öldüyü hərbi təyyarənin qəza anının görüntüləri yayılıb.


Ukrayna Daxili İşlər nazirinin müavini Anton Qeraşenko “Facebook”da sözügedən videonu paylaşıb.


Xatırladaq ki, An-26 hərbi nəqliyyat təyyarəsi cümə axşamı təlim uçuşu zamanı Xarkov vilayətinin Çuguyev şəhəri yaxınlığında qəzaya uğrayıb.


Hava gəmisində 27 nəfər olub: yeddi ekipaj üzvü və 20 kursant. Bir kursantın uçmasına icazə verilməyib. Rəsmi rəqəmlərə görə, 26 nəfər ölüb (biri xəstəxanada).


Son anda təyyarədən tullanmağı bacaran bir kursant xilas olub: O, hazırda orta dərəcəli bədən xəsarətləri ilə xəstəxanadadır.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top