Sosial

MTRŞ-dan qalmaqallı erotik filmlə bağlı AÇIQLAMA

MTRŞ-dan qalmaqallı erotik filmlə bağlı AÇIQLAMA

Milli Televiziya və Radio Şurası (MTRŞ) “Dünya” televiziyasının efirində yayımlanan “Diribaş” filmindəki erotik səhnələrə aydınlıq gətirib.

Demokrat.az xəbər verir ki, qurumun məlumatına görə, tamaşaçılardan biri sentyabrın 16-da axşam saat 23:55-də “Dünya” televiziyasında yayımlanan “Diribaş” bədii filmində erotik səhnələrin yer alması barədə şikayət ünvanlayıb.

“Bu hal “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2.1-ci maddəsinə (“16+”yaş kateqoriyasına aid informasiya məhsulları - erotik məzmunlu informasiyanın yayımı yerli vaxtla saat 7-dən saat 21-dək məhdudlaşdırılır) uyğun şəkildə yayımlandığından qanun pozuntusu hesab edilmir”, - deyə məlumatda qeyd edilib.

D
demokrat.az