Kriminal

Bakıda DƏHŞƏT: Nənəsini və bibisini qətlə yetirdi

Bakıda DƏHŞƏT: Nənəsini və bibisini qətlə yetirdi

Bakıda baş verən dəhşətli qətl hadisəsində ölənlərin şəxsiyyətləri müəyyənləşib.

Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qətlə yetirilənlərdən biri qatilin bibisi, 1959-cu il təvəllüdlü Cavadova Tamilla, digəri isə nənəsi Esmira adlı qadın olub.

İlkin məlumatlara görə, onlar həmin ünvanda birlikdə yaşayıblar.

Kişi qurbanlarına çoxsaylı bıçaq zərbələri vuraraq, hadisə yerindən qaçıb.

Onun axtarışları aparılır.

X X X

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib.

Belə ki, kişi qəsəbənin “D” massivi, bina 27, blok 6-da yaşayan nənəsini və bibisini öldürüb.

Cinayətin hansı səbəbdən və hansı şəraitdə baş verdiyi bilinmir.

Demokrat.az

D
demokrat.az