Rusiyada heç vaxt “Noviçok” hazırlanmayıb — Zaxarova

DÜNYA 23 sen 2020, 22:59

Rusiyada heç vaxt “Noviçok” adı altında hansısa kimyəvi maddə hazırlanmayıb.


Demokrat.az "Axar.az"-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.


“Dəfələrlə bildirdik: nə Sovet İttifaqında, nə də Rusiyada Qərb ölkələrindən fərqli olaraq, “Noviçok” kod adı altında heç vaxt tədqiqat layihələri həyata keçirilməyib”, – Zaxarova bildirib.


Qeyd edək ki, avqustun 20-də rusiyalı müxalif bloger Aleksey Navalnının təyyarədə olan zaman zəhərlənmişdi. Almaniyaya aparılan Navalnın orqanizmində alman həkimlər “Noviçok” qrupundan olan maddələrin aşkar edildiyini açıqlamışdılar.axar.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top