İdman

Fazil Məmmədovu o əvəzlədi

Fazil Məmmədovu o əvəzlədi

Azərbaycan Güləş Federasiyasının (AGF) yeni prezidenti müəyyənləşib.

"Report"un məlumatına görə, bu vəzifədən istefa vermiş sabiq vergilər naziri Fazil Məmmədovu Namiq Əliyev əvəzləyib.

Əliyev Məmmədovun rəhbərliyi dövründə I vitse-prezident kimi çalışıb, istefasından sonra isə federasiya prezidenti əvəzi olub.

Xəbəri "Report"a AGF-dən də təsdiqləyiblər.

Qeyd edək ki, Namiq Əliyev həm də Dünya Güləş Birliyinin büro üzvüdür. Fazil Məmmədov isə AGF-yə 2007-2018-ci illərdə rəhbərlik edib. O, hazırda Azərbaycan Otüstü Hokkey və Azərbaycan Velosiped İdmanı federasiyalarının prezidenti kimi qalır.

Demokrat.az

D
demokrat.az