Sabah hava küləkli olacaq — PROQNOZ

SOSİAL 21 sen 2020, 18:50

Sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, sabah cənub-şərq küləyi əsəcək. 

 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 18-20, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.


Sentyabrın 22-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi  ehtimalı var. Şərq küləyi əsəcək. 


Havanın temperaturu  gecə 16-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz  13-17 dərəcə  isti olacaq.   


Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top