80 mindən çox hərbçinin iştirakı ilə “Qafqaz-2020” təlimləri başladı

DÜNYA 21 sen 2020, 13:47

Rusiya Silahlı Qüvvələri “Qafqaz-2020” strateji təlimlərinə başlayıb.


21-26 sentyabr tarixlərində baş tutacaq və 80 mindən çox hərbçinin qatıldığı təlimlər Rusiyanın cənubundakı hərbi poliqonda start götürüb.


İştirakçılar Milli Qvardiya, Fövqəladə Hallar Nazirliyi, Hava Hücumundan Müdafiə Qüvvələri, Hərbi Dəniz Qüvvələri, logistik və texniki dəstək və döyüş qoşunlarının hərbçilərindən ibarətdir.


Təlimi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun idarə edəcəyi bildirilib.


Qoşunların əsas əməliyyatları Cənubi Hərbi Dairədəki “Prudboy”, “Aşuluq”, “Kapustin Yar”, eləcə də “Arzgir” və “Kopanskaya” hava poliqonlarında, həmçinin Qara və Xəzər dənizlərinin sularında keçiriləcək.


Təlimlərə 200 tank, 450-ə qədər piyada döyüş maşını və zirehli heyət daşıyıcısı, 200-ə qədər topçu və çoxsaylı raket sistemi cəlb olunub.


Sulara aid 40-a yaxın döyüş gəmisi və əlavə kiçik gəmi, 3 mindən çox Xəzər Dəniz Donanmasının birləşmələri və hərbi hissələrinin hərbçiləri, habelə 10 təyyarə “Qafqaz-2020” təlimlərinə qatılacaq.


“Qafqaz-2020” təlimlərinə Ermənistan, Belarus, Çin, Myanma və Pakistandan 1000-ə qədər hərbçi dəvət edilib. Azərbaycan, İndoneziya, İran, Qazaxıstan, Tacikistan və Şri-Lankadan nümayəndələrin müşahidəçi qismində iştirak etməyi planlaşdırılıb.(publika.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top