Rusiyada qubernator koronavirusa yoluxdu

DÜNYA 19 sen 2020, 19:33

Rusiyanın Saratov vilayətinin qubernatoru Valeri Radayev koronavirusa yoluxub.


“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, qubernator infeksiyanın yüngül formasına tutulub.


Qubernator məsafədən vəzifəsini icra edir.


Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 1 097 251 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə 19 339-a yüksəlib. Rusiyada indiyədək koronavirusa yoluxan 906 462 pasiyent sağalıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top