Azərbaycanda milyonları mənimsəyən bankirin əmlakının üzərinə həbs qoyulmadı — ŞOK QƏRAR (ÖZƏL)

HADİSƏ 16 sen 2020, 12:45

Azərbaycanda həbsdə olan ləğv olunmuş “Zaminbank” ASC-nin sabiq  sədri Nadir Əmir oğlu İsmayılovun əmlakının üzərinə həbs qoyulması barədə iddia təmin olunmayıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, bu barədə Səbail rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə baş tutan iclasda qərardad çıxarıb.


Qeyd olunub ki, Nadir İsmayılovun Nəsimi rayoun, Füzuli küçəsində yerləşən 59 saylı evin üzərinə həbs qoyulması barədə Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Əhmədov tərəfindən məhkəməyə təqdimat verilib.


Təqdimata görə, Nadir İsmayılovun ləğv olunmuş Zaminbank” ASC-yə borcu olub.


Təqdimatda Nadir İsmayılovun 174230 manat borcunun yarandığı, həmin borc pul tutulması üçü ona məxsus evin üzərinə həbs qoyulması istənilib.


Borclu hesab olunan Nadir İsmayılovun adına cəmi bir evin olduğu müəyyən olunub. Belə olan halda ailə üzvlərinin yaşadığı evin üzərinə həbs qoyulmasını məhkəmə mümkünsüz hüesab edib. 


Qeyd olunub ki, borclunun adına başqa daşınmaz əmlak müəyyən olunmayıb.


Qeyd edək ki, bu ilin iyulun əvvəlində “Zaminbank” ASC-nin sədri Nadir İsmayılov 20 milyon manatdan çox pul mənimsədiyi üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.


Məlumata görə, Nadir İsmayılov mənimsədiyi 24 milyon manat pulu yaxın qohumlarının adına götürüb.


Nadir İsmayılovun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.


Onun barəsində istintaq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır.


Xatırladaq ki, “Zaminbank” ASC 4 il bundan öncə müflis elan edilib.


Fariz Məlikli
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top