Sosial

Vasif Talıbovdan yeni TƏYİNAT

Vasif Talıbovdan yeni TƏYİNAT

Sara Əzimova Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının yenidən üzvü təyin edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 2-də sərəncam imzalayıb.

Sərəncama əsasən, o, 4 il müddətinə bu vəzifəyə təyin olunub.

Qeyd edək ki, Sara Əzimova bundan əvvəlki 4 il müddətində də Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü olub.

Demokrat.az

Vasif Talıbovdan yeni TƏYİNAT

D
demokrat.az