Dünya

Çində hotelin çökməsi nəticəsində daha 11 nəfər öldü

Çində hotelin çökməsi nəticəsində daha 11 nəfər öldü

Çinin şimalındakı Şansi vilayətində ikimərtəbəli hotel binasının dağıntıları altında daha 11 nəfərin cansız bədəni çıxardılıb.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.

Məlumata görə, dağıntılar altından indiyədək 43 nəfəri çıxartmaq mümkün olub. Onlardan 13-ü ölüb, 4-ü isə ağır yaralıdır.

Qeyd olunub ki, axtarış-xilasetmə işlərinə 710 nəfərə yaxın insan cəlb edilib.(report.az)

D
demokrat.az