İdman

"Barselona" baş məşqçiyə qapını göstərdi

Barselona baş məşqçiyə qapını göstərdi

"Barselona" baş məşqçisi Kike Setyenlə vidalaşıb.

Demokrat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu haqda idarə heyətinin bugünkü iclasında qərar verilib.

Xatırladaq ki, Kataloniya klubu Setyenin rəhbərliyi ilə bir neçə gün öncə Çempionlar Liqasının 1/4 final mərhələsində "Bayern"ə biabırçı hesabla məğlub olmuşdu (2:8). Məhz bu darmadağından sonra klub daxilində gərginlik bir qədər də artmışdı.

Məlumatlara görə, baş məşqçi postuna ən real namizəd "Barselona"nın sabiq üzvüRonald Kumandır.

D
demokrat.az