Cavid Paşayev koronavirusdan sağaldı

SOSİAL 15 avq 2020, 12:27

“Tədris-Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev artıq sağalıb və evinə yola salınacaq”.


Demokrat.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.


O qeyd edib ki, C.Paşayev iş zamanı koronavirusa yoluxub:


“O, bu xəstəliyi çox ağır şəkildə keçirdi. Artıq sağalıb. Onun müalicəsini nəzarətə gptürdüyü üçün Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkür edirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top