Tərtərdə bıçaqla özünə xəsarət yetirən uşaq vəfat etdi

HADİSƏ 13 avq 2020, 20:20

Tərtərdə səkkiz yaşlı uşaq bədbəxt hadisə nəticəsində vəfat edib.

 

APA-nın xəbərinə görə, Tərtər rayon sakini, 2012-ci il təvəllüdlü Məmmədov Yusif Ramin oğlu bıçaqla oynayarkən özünə xəsarət yetirib.

 

Azyaşlı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma başlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top