Paşinyanın Livandan gətirtdiyi 100-ə yaxın erməni Qarabağa köçürüldü

SİYASƏT 12 avq 2020, 13:15

Livandan 100-ə yaxın erməni Ermənistana gətirilib.


Demokrat.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan öz Feysbuk səhifəsində bildirib.


"Ermənistana xoş gəlmisiniz, əziz həmvətənlər. Hamınızı qəbul etməkdən məmnunuq və öz vətənlərində məskunlaşmaq istəyən vətəndaşların geri qayıtmasını təşkil etmək üçün əlimizdən gələni edirik”, - Paşinyan yazıb.


Ermənilər Livana humanitar yardım daşıyan təyyarələrlə tarixi vətənlərinə geri qayıdıb. Onların Dağlıq Qarabağ ərazisində yerləşdiriləcəyi bildirilir.


Xatırlatma edilir ki, avqustun 4-də Beyrut limanında 2,750 ton ammonium-nitrat saxlanılan bunker partlamışdı. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 13 erməni daxil olmaqla, 160-dan çox insan ölüb, yüzlərlə erməni daxil olmaqla, 6 minə yaxın insan yaralanıb.(anews.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top