Yevlaxda qadın şantaj edilib öz evində zorlandı

HADİSƏ 12 avq 2020, 13:03

Yevlaxda qadını şantaj edərək zorlamaqda ittiham olunan şəxs həbs edilib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, rayon sakini Alıyev Məhəmməd Pirverdi oğlu həbs edilib.


Məlum olub ki, Məhəmməd Alıyev qadının yaşadığı evə qanunsuz girib və onu təcavüz edib.


Daha sonra o, qadını şantaj edib.


İstintaq orqanı tərəfindən Məhəmməd Alıyevin barəsində Cinayət Məcəlləsinin 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 157.2-ci (mənzil toxunulmazlığını pozma, eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) və 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.


Yevlax rayon Məhkəməsində hakim Günay Cavadovanın sədrliyi ilə baş tutan iclasda iastintaq orqanını təqdimatı təmin olunub.


Məhəmməd Alıyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


İstintaq gedir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top