Azərbaycanı hədələyən erməni general-leytenant Qarabağa gəldi

SİYASƏT 11 avq 2020, 17:40

Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Onik Qasparyan işğal olunan Azərbaycan torpağına gəlib.


KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.


Mənbə bildirir ki, o, Qarabağda qondarma qurumun “prezidenti” Araik Arutyunyan və “müdafiə naziri” Cəlal Arutyunyanla görüşüb.


Qeyd edək ki, İrəvandan gələn general ötən ayın 25-də Azərbaycan-Ermənistan sərhədindəki insidentə münasibət bildirərərkən Azərbaycanı hədələmişdi.


Onun dediklərini olduğu kimi sizə təqdim edirik və istəyirik ki, hər bir azərbaycanlı bu yalançı generalların hədələrini unutmasın:


“Biz vuruşmalıyıq və qazanmalıyıq, çünki vətən zəif olanların göz yaşları və qorxuları üzündən məhv olur … Və daim çox sayda düşmənə qarşı mübarizə aparmağı bacaran əsl döyüşçülərin qanı damarlarımızda axır. Sərdarapat, Baş-Aparan və Qarakilsə bölgələrində, Qarabağda və Şuşada baş verən qəhrəmanlıq döyüşləri yuxarıdakılara əyani sübutdur.


Biz əcdadlarımızın müqəddəs torpağını və şərəfimizi müdafiə edirik. Biz yalnız qələbəyə məhkumuq!”.


Haşiyə: İndi baxın, ermənilərin sıravisindən ta generalınadək hamısı Qarabağı özününkü və tarixi torpağı hesab edir və ancaq unudurlar ki, onlar bu yerlərə Çar Rusiyasının köməkliyi ilə 1828-ci ildən sonra köçürülüblər və bu torpaqlarda məskunlaşan türkləri zaman-zaman sıxışdırıb çıxarıblar. 1994-ci ilədək isə nəinki Qarabağ, ətraf 5 rayon da ermənilərin nəzarətinə keçib.


Azərbaycanın isə erməni generallarının belə bəyanatlarına yeganə cavabı o torpaqları geri almağı ola bilər. Qoy ondan sonra banlaya-banlaya, hürə-hürə “əcdadlarımızın müqəddəs torpağı” sözünü təkrarlasınlar.


Və son söz. Başqasının torpağını işğal edən və şərəfdən pafoslu danışan ermənilər qoy unutmasın ki, Azərbaycan o dövrün Azərbaycanı deyil, heç Türkiyə də dünyada bir çox qolobal güclərə baş əyən bir məmləkət sayılmır. Nəticəni vaxtında çıxartmaq yerinə düşər. O zaman deməyin ki, bunu demədik…

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top