Ağdam rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, rayonun Quzanlı qəsəbəsində ümumi sahəsi 54 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 34 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.