Belarusda prezident seçkiləri başa çatdı

DÜNYA 09 avq 2020, 21:27

Belarusda bu gün keçirilən prezident seçkilərində səsvermələr başa çatıb. 


Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası bildirib. 


Ölkə ərazisində 6,8 milyon əhalinin səsverməsi üçün 5 767 seçki məntəqəsi yaradılıb. Mərkəzi Seçki Komissiyası hazırkı prezident Aleksandr Lukaşenkonun, sabiq deputat Anna Kanopatskayanın, “Belarus Sosial-Demokratik Qramada” Partiyasının sədri Sergey Çereçnyanın, “Düzünü danış” Birliyinin həmsədri Andrey Dimitriyevin və tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayanın ali dövlət postuna namizədliklərini qeydə alıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top