Bill Qeyts virusun bitəcəyi tarixi AÇIQLADI

DÜNYA 09 avq 2020, 12:37

"Microsoft" şirkətinin qurucusu Bill Qeyts dünyanı cənginə alan yeni növ koronavirusun (COVID-19) nə zaman tamamilə yox olacağına dair yeni açıqlama verib.


Demokrat.az-ın xəbərinə görə, Qeytsin fikrincə, pandemiyanın başa çatması üçün ən azı 1 ilə ehtiyac var.


"Zənnimcə, pandemiya zəngin ölkələrdə 2021-ci ilin sonunda, dünyanın yerdə qalan hissəsində 2022-ci ilin axırında bitəcək", - deyə söyləyib.


Vaksin hazırlıqlarının davam etdiyinə diqqət çəkən Qeyts qeyd edib ki, yan təsirləri nəzartədə saxlamaq üçün üçüncü mərhələdə üç və ya dörd aya ehtiyac olacaq: 


"Vaksin və dərmanla bağlı olduqca təsirli proseslər gedir".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top