Azərbaycanda şəxsiyyət vəsiqələrinin formatı və məlumat tərkibi yenilənir.
“Ötən həftə qəbul edilən qanun layihəsi yalnız sənədin dizaynına deyil, həm də texniki və hüquqi standartlara uyğunlaşdırılmasına xidmət edir”.
Bu barədə Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev Modern.az-a açıqlaması zamanı məlumat verib. O bildirib ki, burada əsas məqsəd şəxsiyyət vəsiqələrinin təhlükəsizlik səviyyəsinin artırılması, şəxsi məlumatların dəqiq identifikasiyası və beynəlxalq səviyyədə tanınma imkanlarının genişləndirilməsidir:
“Bu dəyişiklik həm vətəndaşların məlumatlarının daha etibarlı qorunmasını, həm də beynəlxalq səviyyədə şəxsiyyət vəsiqələrinin tanınmasını asanlaşdıracaq”.
Ə.Nuriyev əlavə edib ki, şəxsiyyət vəsiqələrinin yenilənməsi dərhal baş verməyəcək və mövcud sənədlər etibarlılıq müddəti bitənədək qüvvədə qalacaq:
“Heç bir vətəndaşa vəsiqəsini dərhal dəyişmək tələbi qoyulmur. Əgər vəsiqənin etibarlılıq müddəti davam edirsə, həmin sənəd hüquqi əməliyyatlarda da tam keçərli hesab edilir”.
İctimai Şura sədri qeyd edib ki, yeni vəsiqələrin tətbiqi mərhələli şəkildə həyata keçiriləcək:
“Vətəndaşlar istədikləri vaxt könüllü şəkildə yeni formada vəsiqə almaq üçün müraciət edə bilərlər. Lakin bu, heç bir halda məcburiyyət xarakteri daşımır. Əgər vətəndaşın istifadə etdiyi vəsiqə etibarlıdırsa, narahatlığa əsas yoxdur”.
Son olaraq Ə.Nuriyev onu da diqqətə çatdırıb ki, əvvəlki dövrlərdə olduğu kimi şəxsiyyət vəsiqəsinin itməsi, zədələnməsi, soyadın dəyişdirilməsi və digər hallarda vəsiqənin yenilənməsi qanunvericiliyin tələblərinə uyğun olaraq aparılacaq.