“Bu, əslində ciddi bir problemdir. Təəssüf ki, əvvəllər analarımız uşaqlarına laylay çalardı, nağıl danışardı, tərbiyə verərdilər, indi isə telefon verirlər. Əvvəl uşaq ağlamasın deyə əmzik verirdilər, indi telefon. Yaxud uşağı televizorun qarşısında oturdurlar, uşaq bütün günü cizgi filminə baxır, ana isə başqa işlərlə məşğul olur. Sonra deyirik ki, uşaqda niyə asılılıq yaranıb? Valideynlər diqqətli olsunlar, uşaqlarına nəzarət etsinlər”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
O bildirib ki, bizim ən böyük problemimiz ünsiyyətsizlikdir:
“Getdikcə ünsiyyət yoxa çıxır, hamının başı telefondadır. Hesab edirəm ki, telefon müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətdən də bizə təsir göstərir.
Biz ona görə bu asılılığın azalması üçün addımlar atmalıyıq. Kiçik yaşlarından uşağa telefon verilməməlidir. Yekunda biz görürük ki, uşaqlar əsəbidir, depressiyadadır. Bu da normal bir gəncliyin formalaşmasına ciddi təsir göstərir”.
Cavidan Mirzəzadə
Demokrat.az