Politoloq: "Paytaxtımızdan başqa şəhərlərimiz də dünyada tanınmalıdır"

SİYASƏT 08 iyul 2025, 14:48
"İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti konferansının Xankəndində keçirilməsi həm strateji, həm də simvolik məna daşıyır. Simvolik məna daşıyır ona görə ki, Xankəndi Qarabağın açarıdır, siyasi mərkəzidir. Bu nöqtədən artıq Azərbaycan hakimiyyəti göstərdi ki, Xankəndi yenə də öz vətəninə qayıdıb, öz dövlətinin bir tərkib hissəsinə çevrilib, burada iqamət edib, yeni reallıq yaranıb. Yeni reallıqda da Xankəndi təkcə Qarabağın deyil, ümumilikdə Azərbaycanın beynəlxalq əhəmiyyətli layihələrə, konfranslara ev sahibliyi edən şəhərinə çevrilib".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Həşim Səhrablı deyib. 

O bildirib ki, bu görüş strateji baxımdan ona görə əhəmiyyətli idi ki, Azərbaycan bir neçə məsələyə toxunur: 

"Azərbaycanın iqtisadi baxımdan, siyasi baxımdan böyüməyə ehtiyacı var. Yeni dünya bizdən hərtərəfli böyümə tələb edir. Bu, həm kəmiyyət olaraq böyümək, həm də keyfiyyət olaraq böyümək deməkdir. Ona görə də indi Bakıdan başqa şəhərlərimizə də siyasi-iqtisadi mahiyyət gəlməlidir. Bakıdan başqa şəhərlərimiz də dünya siyasətinə qoşulmalıdır, dünyada bizi təmsil etməlidir".

Onun sözlərinə görə, dünyaya göstərildi ki, 30 il ərzində özünə bölgənin sahibi deyən, “bura bizim evimizdir” deyən separatçı ermənilər əslində orada bir xarabalıq reallığı yaratmışdılar:

"Xankəndi xarabalığa çevrilməsə də, sahib olduğu potensialı düzgün dəyərləndirə bilmirdilər. Sadəcə insan toplusunun yaşadığı məhəlli bir bölgəyə çevrilmişdi. Amma bu gün Azərbaycan tərəfi həqiqətən dünyaya torpağın mənsubiyyəti məsələsinin əsasının onun inkişaf etdirilməsi, dünyaya inteqrasiya etdirilməsi olduğunu bir daha göstərərək, əsl sahiblərinin kim olduğunu sübut etdi".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top