Putin Azərbaycanda rus dilinə verilən dəstəyi qiymətləndirdi

SOSİAL 27 sen 2018, 17:01

Rusiya Azərbaycanda hökumət və cəmiyyət tərəfində rus dilinə verilən dəstəyi yüksək qiymətləndirir. 

 

Oxu.Az-ın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib. 

 

“Biz rus dilinə olan marağı görürük və yüksək qiymətləndiririk. Təkcə Azərbaycan vətəndaşlarının marağını yox, həmçinin dövlət tərəfindən verilən dəstək bizim üçün qiymətlidir”, -  Putin doqquzuncu Azərbaycan-Rusiya forumunda çıxışı zamanı deyib. 

 

O qeyd edib ki, Azərbaycanda 300-dən çox məktəbdə rus dili tədris edilir. Bununla belə, Putin qeyd edib ki, “ən əsas baza (rus dilinə dəstək bazası) insanların ürəyində və başındadır”.

 

“Ümumilikdə Rusiya və Azərbaycan humanitar əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. Elmi mübadilə, o cümlədən tələbə mübadiləsi genişləndirilir, yüksək ixtisaslı kadr hazırlamaq üçün birgə proqramlar hazırlanır”, - Putin bildirib.

 

“Əlbəttə ki, ölkələrimizin təhsil, mədəniyyət, elm sahəsində əlaqələrini stimullaşdırmaq niyyətindəyik”, - Rusiya lideri əlavə edib.

 

Putin turizm sahəsində ikitərəfli əlaqələrin inkişafına toxunub. Onun sözlərinə görə, Xəzərdə dəniz kruiz səyahətini inkişaf etdirmək planlaşdırılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top