Sosial

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra etdilər — VİDEO

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra etdilər — VİDEO

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi keçirilib.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərin ssenarisinə uyğun olaraq bölmələr zirehli texnika və helikopterlərin istifadəsi ilə müxtəlif döyüş elementlərini, eləcə də digər təlim-döyüş tapşırıqlarını icra ediblər.

D
demokrat.az