Türkiyə Livana 400 ton buğda göndərəcək

SİYASƏT 06 avq 2020, 00:06

Türkiyə Livanda baş verən faciəli qəza ilə əlaqədar humanitar yardım edəcək.

 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bildirib.

 

Nazir deyib ki, Türkiyə dövləti Türk Əməkdaşlıq və Koordinasya Agentliyi (TİKA) vasitəsilə Livana 400 ton buğda göndərəcək.

 

Qeyd edək ki, dünən axşam saatlarında Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güclü partlayış olub.

 

Qəzada 135 insan ölüb, 5 mini yaralanıb, onlarla insan itkin düşüb.

 

Partlayışda buğda anbarı yararsız hala düşüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top