Arda Turan "Qalatasaray"a qayıtdı

İDMAN 05 avq 2020, 19:22

Türkiyənin "Qalatasaray" komandası sabiq futbolçusu Arda Turanı geri qaytarıb.


"Report"un məlumatına görə, bu barədə "NTV Spor"a İstanbul təmsilçisinin prezidenti Mustafa Cengiz açıqlama verib.


Klubun rəhbəri 33 yaşlı yarımmüdafiəçi ilə anlaşdıqlarını bildirib. Təcrübəli oyunçu ilə 1+1 illik müqavilə imzalanacaq.


Qeyd edək ki, 2004 - 2011-ci illərdə "Qalatasaray"da çıxış etmiş Arda Turanın son klubu "Başakşəhər" olub. O, İspaniyada "Atletiko" və "Barselona" klublarının da formasını geyinib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top