ABŞ Polşada hərbçilərinin sayını artırır

DÜNYA 05 avq 2020, 16:14

Polşada ABŞ ordusunun Beşinci Korpusunun komandanlığı fəaliyyətə başlayıb.

 

RT bu barədə ABŞ-ın Varşavadakı səfiri Georgett Mosbaxerin açıqlamasına istinadla xəbər yayır.

 

Onun sözlərinə görə, bu yaxınlarda tərəflər razılaşmanın parametrləri üzrə razılığa gəliblər, buna görə, burada daha əvvəl yerləşdirilmiş 4 500 nəfərdən əlavə, rotasiya əsasında 1 000 ABŞ əsgəri də yerləşdiriləcək.

 

Analitiklər bildirir ki, rəsmi Vaşinqton Varşavanı Avropadakı əsas müttəfiqi hesab edir. ABŞ oradakı hərbi mövcudluğunu artırmaqla Polşadan Rusiya ilə geosiyasi qarşıdurma və Avropaya təzyiq üçün istifadə edir.(oxu.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top