Ermənistanda koronavirusa yoluxanların sayı 39 mini ötdü

DÜNYA 04 avq 2020, 12:22

Ermənistanda daha 196 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 39 050-yə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 768-ə çatıb. İndiyədək 30 372 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 7 930 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top