Hadisə

Samur-Abşeron kanalında daha bir nəfər batdı

Samur-Abşeron kanalında daha bir nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samur-Abşeron kanalının Bakı şəhəri, Sabunçu rayonu ərazisindən keçən hissəsindən 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitinin çıxarılması üçün müraciət daxil olub.

Demokrat.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti aidiyyəti üzrə təhvil veriblər.

D
demokrat.az