Qatarda DƏHŞƏTLİ TƏCAVÜZ: Məşhur aparıcı azyaşlı oğlunun gözü qarşısında zorlandı — FOTOLAR

HADİSƏ 02 avq 2020, 18:40

Ukraynalı teleaparıcı Anastasiya Luqova zorakılığa məruz qalıb. Hadisə Mariupoldan Kiyevə gedən qatarda olub.


Demokrat.az publika.az-a istinadən xəbər verir ki, aparıcının şəxsi instaqram hesabında paylaşdığı məlumata görə, tanımadığı şəxs gecə saatlarında onun qaldığı kupeyə daxil olub və onu döyməyə başlayıb. Luqova oyandığında təcavüzkarın çılpaq olduğunu görüb.


Zərərçəkənin sözlərinə görə, naməlum şəxs ona cinsi təcavüz etməyə çalışıb. Bu zaman o qışqırıb. Səsinə azyaşlı oğlu oyanıb və o da qışqırmağa başlayıb. 

Təcavüzkar uşağı vurmağa çalışsa da, anası onu dayandırmağı bacarıb. 


Daha sonra Luqova oğlunun heç nə görməməsi üçün təcavüzkarı kupedən çıxmağa inandırıb. Həmin şəxs razılaşıb və onu öz otağına aparıb. Lakin azyaşlı ucadan qışqırmağa başlayıb. Anası onu sakitləşdirmək üçün geri qayıdıb və uşağı götürərək mühafizəçinin yanına qaçıb.


Təcavüzkar şəxs həbs olunub. Daha sonra Kiyevdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.


Müayinə zamanı aparıcının çənə sümüyünün qırıldığı aşkarlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top