"Qızıl buts"un sahibi bəlli oldu — RƏSMİ

İDMAN 02 avq 2020, 19:35

2019/20-ci illər mövsümü üzrə "Qızıl buts" mükafatını qazanan futbolçunun adına aydınlıq gəlib.


Demokrat.az xəbər verir ki, fəxri mükafata "Latsio" klubunun hücumçusu Çiro İmmobile sahib çıxıb. 


A Seriyanın 38-ci turunda "Napoli" ilə matçda (1:3) fərqlənən futbolçu vurduğu qolların sayını 36-ya çatdırıb.


Bununla da 37 oyunda 36 qol və 8 məhsuldar ötürmə verən 30 yaşlı italiyalı forvard ən yaxın izləyicisi Robert Levandovski və Kristiano Ronaldonu qabaqlayıb.(Offsideplus.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top