Dövlət büdcəsinin xərcləri artırılır — RƏSMİ

İQTİSADİYYAT 31 iyl 2020, 19:08

Azərbaycanın 2020-ci ilin dövlət büdcəsinin gəlir və xərcləri ilə bağlı proqnozlara dəyişiklik edilir.

 

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsində bildirilir.

 

Qeyd olunur ki, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri isə 27 milyard 492 milyon manat həcmində təsdiq edilsin.

 

Layihə Milli Məclisin avqustun 4-dən etibarən başlayacaq növbədənkənar sessiyasının iclaslarında müzakirəyə çıxarılacaq.

 

Xatırladaq ki, bundan əvvəl, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat həcmində təsdiqlənmişdi. Büdcənin xərcləri isə 26 milyard 894 milyon 700 min manat həcmində müəyyən olunmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top