Ermənistanda koronavirusdan ölənlərin sayı 728-ə çatdı

DÜNYA 30 iyl 2020, 11:32

Ermənistanda daha 259 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 38 196-ya yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 728-ə çatıb. İndiyədək 28 366 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 8 877 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top