“Bir çoxları sual edir: Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycanın heç bir ərazi əldə etməməsi şəraitində Prezident İlham Əliyev hansı qələbədən bəhs edir? Bu fikirlə çıxış edən tənqidçilər, təəssüf ki, sosial şəbəkələrdən və Azərbaycan mətbuatından savayı heç nə oxumurlar. Ermənistan mətbuatında rəsmilər, müdafiə naziri və Baş qərargah rəisi Azərbaycanın Tovuz döyüşlərində məğlub olduğunu bəyan edir. Yalandır! Məhz bu iddialara cavab olaraq, İlham Əliyev xüsusi olaraq vurğulayır ki, Azərbaycan məğlub olmayıb, qələbə çalıb. Yəni düşmənin və onun havadarlarının hücumlarını dəf edə bilib! Bəli, bu, qələbədir, əslində”.
Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Eynulla Fətullayev deyib.
E.Fətullayev qeyd edib ki, Ermənistan rəsmilərinin yalanlarını yalnız İlham Əliyev ifşa etmir: “Bir neçə gün öncə, tanınmış erməni eksperti Emil Sanamyan Ermənistan rəhbərliyinin yalanlarını ifşa edib, Tovuz istiqamətində Azərbaycan ordusunun vaxtilə əldə etdiyi mövqelərə sahib çıxdığını əks etdirən xəritəni oxuculara təqdim edib. İlham Əliyev haqlıdır. Bu məhz qələbədir!”



