Sosial

Yanlış göndərilən tibbi testin nəticələrilə bağlı MÜHÜM AÇIQLAMA

Yanlış göndərilən tibbi testin nəticələrilə bağlı MÜHÜM AÇIQLAMA

“25 və 26 iyul tarixlərində its.gov.az portalından koronavirus testinin nəticələri ilə bağlı vətəndaşlara göndərilən yanlış SMS-lərin ümumi statistikaya təsiri yoxdur”.

Demokrat.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) APA-nınə bildirilib. Qeyd olunub ki, yanlışlıq yalnız SMS-lərdə baş verib: “SMS-lərin göndərilməsində yanlışlıq isə texniki xəta ilə əlaqədar olub. Bu gündən başlayaraq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək. Sistemdə və “E-təbib” proqramında hər şey doğrudur. Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik”.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirus testinin nəticələri ilə bağlı iyulun 25-i və 26-da vətəndaşlara göndərilən SMS-lərdə texniki səbəbdən yanlışlığa yol verilməsi barədə açıqlamasından sonra bu yanlışlığın ümumi statistikaya təsiri haqqında da iddialar yayılmışdı.(apa.az)

D
demokrat.az