Siyasət

“Düşmənlikdə qarşı tərəfə nifrət etməyin faydası yoxdur” — Deputatdan ŞOK AÇIQLAMA

“Düşmənlikdə qarşı tərəfə nifrət etməyin faydası yoxdur” — Deputatdan ŞOK AÇIQLAMA

“Ermənistanı düşmən adlandırmağımla bağlı anlaşılmazlığın yarandığını gördüm bəzilərində. İcazənizlə, izah edim. "Düşmən" etik anlayış deyil, situativ termindir. O, vəziyyəti təsvir edir, vəziyyətə düşənləri deyil. Yaxşı insanlar da düşmən ola bilirlər. Düşmənlik, rəqabət hallarından biridir. Hər bir rəqabətdə olduğu kimi, düşmənlikdə də qarşı tərəfə nifrət etməyin faydası yoxdur”.

Demokrat.az-ın xəbərinə görə, bunu Milli Məcisin deputatı Erkin Qədirli deyib.

“Ümumiyyətlə, düşmənliyi nifrətlə eyniləşdirmək doğru deyildir. Rəqabətdə olduğu kimi, düşmənlikdə də qarşı tərəfə hörmətlə yanaşmaq lazımdır ki, ona qalib gələ biləsən. 90-cı illərin əvvəllərində ermənilərə uduzmağımızın səbəblərindən biri düşmənə hörmətlə yanaşmamağımız oldu. Biz erməniləri ciddiyə almırdıq, elə bilirdik ki, onlara asan qalib gələ biləcəyik. Yanıldıq. İndi görünən odur ki, bizim 90-larda etdiyimiz yanlışı ermənilər təkrarlayırlar.

Elə bilirlər, biz savaşa bilmirik, uduzmağımızla barışmışıq, torpaqlarımızı unutmuşuq və s. Bu, yaxşıdır. Hər bir rəqabətdə olduğu kimi, düşmənlikdə də ciddiyə alınmamaq üstünlükdür. Bu üstünlükdən yararlanmalıyıq. Napoleonun dediyi kimi - düşməniniz yanılanda, ona mane olmayın” – E.Qədirli qeyd edib.

Demokrat.az

D
demokrat.az