Azərbaycanlılarla ermənilər arasında növbəti toqquşma

DÜNYA 25 iyl 2020, 08:43

Rusiyanın paytaxtı Moskvada ermənilərlə azərbaycanlılar arasında yenidən toqquşmalar olub.


Demokrat.az xəbər verir ki, Bratislavsk küçəsində ermənilər azərbaycanlılara hücum edib.


Məlumata görə, daha bir hadisə Yeni Moskva şəhərində, “Salarevo” metrostansiyasının yaxınlığında qeydə alınıb. Toqquşma zamanı hər iki tərəfdən onlarla insan iştirak edib.


Rusiya mətbuatı şəhərin digər rayonlarında da diaspor təşkilatları nümayəndələri arasında toqquşmaların olduğunu xəbər verib.


Ölkənin Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsi hələlik baş verənlərlə bağlı hər hansı açıqlama yaymayıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top