Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava: Xeyli sayda tutulan var

DÜNYA 24 iyl 2020, 12:12

Ötən gecə Moskvada ermənilərlə azərbaycanlılar arasında kütləvi dava baş verib.


Oxu24.com  bildirir ki, bu barədə REN TV məlumat yayıb.


Məlumata görə, hadisə Lyublinskaya və Nijnie Polya küçələrinin kəsişməsində qeydə alınıb.


Ümumilikdə davada 30-a yaxın insan iştirak edib. Hadisə yerinə “Rosqvardiya”nın əməkdaşları gəliblər.


RİA Novosti Rusiya Daxili İşlər Nazirliyi Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən bildirir ki, davadan sonra 13 nəfər saxlanılıb.


Kəsilmiş çiyin yarası olan iştirakçılardan biri xəstəxanaya aparılıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top