Gündəm

Fazil Mustafa: 40 il öncə də, 30 il öncə də, indi də öz orbitimdəyəm

Fazil Mustafa: 40 il öncə də, 30 il öncə də, indi də öz orbitimdəyəm

“Facebook”da dostluğumda olan bir gənc ziyalı öz səhifəsində məni hədəfə çevirmək istəyərək yersiz bir replika yerləşdirdi. Ardınca cavabını həm orada, həm də öz səhifəmdə verib bu replikanın əsassız və qərəzli olduğunu bildirdim. Dostluğumda olan digər bir şəxs yazdı ki, "Fazil bəy, belə yazılarınızla insanları özünüzdən uzaqlaşdırırsınız". İndi vaxt tapanda səhifəmdə tarixlə bağlı çox maraqlı diskussiyaya dönüb bəyənənlərin siyahısında həmin şəxsi axtardım. Yox idi. Yəni sırf elmi, siyasətə dəxli olmayan maraqlı bir müzakirədən söhbət gedir. Sonra digər neytral və maraqlı mövzularda yenə də adına heç yerdə rast gəlmədim. Demək ki, uzaqlaşmanın səbəbi sadəcə səmimiyyətsizlik imiş”.

Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa deyib.

“Adam heç bir mövzuda mənə yaxın deyil, başqasına haqlı iradıma isə dərhal reaksiya verirsə və bu zaman da ənənəvi üslubdan istifadə edərək "belə yazılarınıza görə adamları uzaqlaşdırırsınız", "yaxud da "sizə inanmışdıq, heyf" kimi yanıltıcı üslubla obyektiv görüntü verməyə çalışırlarsa, o zaman sözlərimin hədəfə dəydiyini bir daha əmin oluram. Səmimi dostlar bilməlidirlər, 40 il öncə də, 30 il öncə də, indi də mən öz orbitimdəyəm. Uzaqlaşanlar öz addımladığı məsafəni ölçsünlər, çünki aldanıb geri qayıdanda nə qədər vaxt itirdiklərini anlaya bilsinlər” – F.Mustafa qeyd edib.

Demokrat.az

D
demokrat.az