Dünya

Ermənistanda koronavirusa yoluxanların sayı 35 mini ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı 35 mini ötdü

Ermənistanda daha 273 nəfərdə koronavirus aşkarlanıb.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 35 254-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 662-yə çatıb. İndiyədək 24 206 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 10 171 aktiv koronavirus xəstəsi var.(report.az)

D
demokrat.az