Səudiyyə Ərəbistanı kralı xəstəxanaya yerləşdirildi

DÜNYA 20 iyl 2020, 10:14

Səudiyyə Ərəbistanı Kralı Salman ben Adbel Əiz əl-Səud tibbi müayinə üçün xəstəxanaya yerləşdirilib.


“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə mətbuatı bildirib.


Agentliyin məlumatına görə, krala öd kisəsi iltihabı diaqnoz qoyulub. Salman ben Adbel Əiz əl-Səudun 84 yaşı var.


Xatırladaq ki, o, qardaşı Abdullanın ölümündən sonra kral olub.


Ötən il KİV kralın insult və onurğasında ağır əməliyyatı keçirdiyini xəbər verib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top