Rusiyada qəfil hərbi yoxlama başladı

DÜNYA 17 iyl 2020, 13:02

Rusiyada Prezident Vladimir Putinin qərarı ilə Cənub və Qərb Hərbi Dairələrinin, mərkəzi tabeçilikdəki ayrı-ayrı birləşmələrinin, Hava-Desant Qüvvələrinin və Şimal və Sakit okean donanmalarının dəniz piyadalarının qəfil yoxlanışı həyata keçirilir.


Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


Qeyd olunur ki, Cənub Hərbi Dairəsinin və Qərb Hərbi Dairəsinin qoşunlarının yoxlanışı Rusiya Silahlı Qüvvələrinin cənub-qərbdə təhlükəsizliyi təmin etmək və “Qafqaz-2020” təlimlərinə hazırlıq qabiliyyətini qiymətləndirmək üçün aparılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top