Kriminal

Bakıda 3 kişidən, 1 qadından əcnəbilərə qarşı dəhşətli əməl — ŞOK TƏFƏRRÜAT

Bakıda 3 kişidən, 1 qadından əcnəbilərə qarşı dəhşətli əməl — ŞOK TƏFƏRRÜAT

Bakının Səbail rayonunda iki əcnəbiyə qarşı cinayət törədilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, əcnəbi vətəndaşlar – Alsaiari Yaslam Avn və Alsaiari Musallam Omar oğluna qarşı xuliqanlıq edilib.

Belə ki, paytaxtda üç oğlan və bir qız hər iki əcnəbiyə qarşı xuliqanlıq hərəkətləri ediblər.

Paytaxt sakinləri – Pünhan Sadıqlı, Məhəmməd Mikayılov, İsmayıl Qədirov və Aytən Nağıyeva hər iki əcnəbiyə qarşı cinayət planı qurublar.

Onlar hər iki əcnəbinin qadına qarşı sataşmaq barədə görüntüsünü yaradıblar, sonra isə əcnəbiləri şantaj edib, pul tələb ediblər.

Əcnəbilər isə pul vermədikləri üçün onları döyərək, müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Əcnəbilərin şikayəti əsasında Pünhan Sadıqlı, Məhəmməd Mikayılov, İsmayıl Qədirov və Aytən Nağıyeva həbs olunublar.

Onların barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb və iş materialları baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Ülviyyə Şükürovanın icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az