“Xalqımız dünənki birliyi ilə hər şeyi ortaya qoydu” — Səlim Müslümov

GÜNDƏM 15 iyl 2020, 14:27

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ermənistan silahlı qüvvələri bölmələrinin Tovuz istiqamətində törətdikləri təxribatdan danışıb. 


Səlim Müslümov “MediaPost”a açıqlamasında bu sözləri deyib:


“İnsanlar rahat ola bilərlər. Erməni təxribatından bir gün sonra, iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Cənab prezident vətəndaşlarımıza nə lazımdırsa, fikirlərində bildirdi. Hamı bir nəfər kimi, Prezident İlham Əliyevin ətrafında sıx birləşməli və Ali Baş Komandanın dediklərini yerinə yetirməlidir”.


Sabiq nazir hesab edir ki, bu gün Azərbaycan xalqı öz rəhbəri ətrafında sıx şəkildə birləşərək, nəinki Tovuz istiqamətində baş verən hadisələrdə, eyni zamanda işğal altında olan Dağlıq Qarabağda ordumuzun qələbə qazanacağına əmin olmalıdır: 


“Bir daha vurğulayıram - Azərbaycan Prezidenti Təhlükəsizlik Şurasının iclasında da bunu elan etdi. Hesab edirəm ki, bütün addımları onun dediyi istiqamətdə atmaq lazımdır. Çünki hadisələrin içində olan, məsələləri ən dərindən bilən Ali Baş Komandan, ölkə rəhbəridir. İnsanlar prezidentin ətrafında sıx birləşib. Dünən gecə bu, bir daha təsdiqini tapdı. Vətəndaşlarımız Bakıda və digər bölgələrimizdə bir yerə toplaşaraq Ali Baş Komandanımızın hər an verəcəyi əmri gözlədiklərini bəyan etdilər. Xalqımız dünənki birliyi ilə hər şeyi ortaya qoydu. Yürüşdə təxribatçıların olmasına isə təəssüf edirəm. Bir sözlə, Ali Baş Komandanımızın rəhbərliyi ilə mənfur düşmənə qalib gələcəyimizə, Dağlıq Qarabağ və ətraf rayonlarımızın tez bir zamanda azad olunacağına inanıram”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top