Korrupsiya İdarəsinin həbs etdiyi məmurla bağlı qərar verildi

KRİMİNAL 15 iyl 2020, 12:41

Şirvan Şəhər Kommunal Təsərrüfatı Birliyinin rəisi Aqil Vəliyevin barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanını verdiyi təqdimata baxılıb.


Demokrat.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.


Aqil Vəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 aya qədər artırılıb.


Qeyd edək kİ, Aqil Vəliyevin barəsində həbs qətimkan tədbirinin müddəti sonuncu dəfə may ayında 2 aya qədər artırılmışdı.


Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunan Aqil Vəliyevin barəsində Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 179.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə), 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 313-cü (vəzifə saxtakarlığı maddələri ilə ittiham elan edilib.


Şirvan Kommunal Kombinatı müəssisəsinin rəhbəri Vəliyev Aqil Rəhimdil oğlu korrupsiya cinayətlərində təqsirləndirilib.


Hazırda Aqil Vəliyevin barəsində olan cinayət işi üzrə istintaq davam edir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top