Putinin sözçüsündən rəsmi Bakı və Yerevana ÇAĞIRIŞ: "Hər iki tərəfi təmkinli olmağa çağırırıq"

SİYASƏT 14 iyl 2020, 15:48

Biz Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalarla bağlı çox narahatıq. Biz hər iki tərəfi təmkinli olmağa və atəşkəs rejimi çərçivəsində üzərlərinə götürdükləri öhdəliklərə riayət etməyə çağırırıq.


Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.


“Biz bu barədə artıq müxtəlif səviyyələrdə bəyan etmişik ki, Rusiya Minsk qrupunun həmsədri olaraq, münaqişənin nizamlanması üçün vasitəçilik səyləri göstərməyə hazırdır. Siz bilirsiniz ki, Xarici İşlər naziri Sergey Lavrovun Bakı və Yerevandan olan həmkarları ilə müntəzəm telefon əlaqələri olub. Buna görə bir daha hər iki tərəfi təmkinli olmağa çağırırıq”, - deyə D.Peskov əlavə edib.(mediapost.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top