"Sabah"da yeni təyinatlar oldu

İDMAN 12 iyl 2020, 22:39

"Sabah” klubunda yeni təyinatlar gerçəkləşib.


Demokrat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ramin Quliyev klubun idman direktoru vəzifəsinə təyin edilib. Futbolçu karyerası ərzində "Bakı”, "Olimpik”, "Standart”, "Şəfa”, "Neftçi” və "Qəbələ” klublarında çıxış etmiş Quliyev, Azərbaycan millisinin də üzvü olub. O, ötən ilin oktyabr ayından "Sabah”da məşqçi kimi çalışırdı.


Ukraynalı məşqçi Qleb Platov baş məşqçinin köməkçisi, ispaniyalı mütəxəssis Xesus Pinedo isə fiziki hazırlıq üzrə məşqçi təyin olunub.


Platov karyerası ərzində "Dinamo”nun (Kiyev, Ukrayna) gənclərdən ibarət komandasında, Qətərin U-23 milli komandasında və "Aspire Akademiyası”nda məşqçi kimi çalışıb.


Məşqçilik karyerasına Bilbao "Atletik”inin akademiyasında başlamış Pinedo isə bu günə kimi Qətərin "Aspire Akademiyası”nda, həmçinin "Sestao River” (İspaniya), "Əl-Əhli” (Səudiyyə Ərəbistanı), "Dinamo” (Kiyev, Ukrayna), "Pafos” (Kipr) klublarında və Qətərin əsas və olimpiya yığma komandalarında fəaliyyət göstərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top